Ronaldonun "Barselona"ya uğursuz transferinin səbəbi açıqlandı
Tarix: 18-04-2020 16:19 | Bölmə: İdman
Ronaldonun "Barselona"ya uğursuz transferinin səbəbi açıqlandı

Madridin “Real” klubunun keçmiş prezidenti Ramon Kalderon portuqaliyalı futbolçu Kriştianu Ronaldunun “Mançester Yunayted”dən “Barselona”ya transferinin uğursuz nəticələnməsindən danışıb.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kalderon deyib ki, “Mançester Yunayted”in o vaxtkı baş məşqçisi Aleks Ferqüson Ronaldunun məhz Kataloniya klubuna keçməsini istəyirdi. Onun sözlərinə görə, “Real”ın oyun üslubu mankuianların çalışdırıcısının xoşuna gəlmirdi.

“Kataloniyalılar bu fürsətdən həyəcanlanmışdılar, ancaq Kriştianu Madriddə oynamaq istəyini açıq şəkildə bəyan etdi”, - Kalderon vurğulayıb.

Bu il aprelin 9-da məlum olub ki, hazırda Turinin “Yuventus” klubunda oynayan Ronaldu “Real”a qayıtmağı düşünür. Qeyd edilir ki, koronavirus pandemiyasından zərərçəkən İtaliya klubu maliyyə vəziyyətini sabitləşdirmək məcburiyyətinə görə hücumçu ilə yollarını ayıra bilər.

Ronaldu “Real”a 2009-cu ildə 94 milyon avro müqabilində keçib. Portuqaliyalı “Real”da 438 oyun keçirib, 450 qol vurub. O, komanda ilə birlikdə 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Madriddəki 9 mövsümdən sonra Ronaldu “Yuventus”a keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}