UEFA çempionatlarla bağlı qərar verdi
Tarix: 23-04-2020 15:25 | Bölmə: İdman
UEFA çempionatlarla bağlı qərar verdi

Koronavirus pandemiyası üzündən dayandırılan çempionatlar başa çatdırılmasa, avrokuboklaırn iştirakçıları idman prinsiplərinə əsasən müəyyənləşəcək.

Reyting.az
 xəbər verir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

UEFA 2019/20 mövsümünün iyulun 31-dək başa çatdırılmasını istəsə də, hadisələrin istənilən axarda davam etməməsinə də hazırdır. Bu gün keçirilən videotoplantıda qərara alınıb ki, yarımçıq qalan çempionatlar mövcud turnir cədvəlinə əsasən avrokuboklarda təmsil olunacaq.

Bu qərarla əgər Azərbaycan Premyer Liqası bərpa olunmasa, “Qarabağ” Çempionlar Liqasına, “Neftçi”, “Keşlə” və “Sumqayıt” Avropa Liqasına yollanacaq. 

Qeyd edək ki, hazırda Belarus istisna olmaqla, Avropadakı bütün milli çempionatlar dayandırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}