İspaniyada futbol klubları mayın 4-dən məşqləri bərpa edəcək
Tarix: 28-04-2020 21:14 | Bölmə: İdman
İspaniyada futbol klubları mayın 4-dən məşqləri bərpa edəcək

İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.

Bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının bugünkü iclasından sonra deyib.

Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlayacaqlar.

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər