UEFA cavab oyunları ilə bağlı qərar verib
Tarix: 10-07-2020 00:16 | Bölmə: İdman
 UEFA cavab oyunları ilə bağlı qərar verib

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı qərarını açıqlayıb.

Qurumun yaydığı məlumata görə, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib.

Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Bu komandaların ilk oyunu da baş tutmayıb.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}