“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə imzalayıb
Tarix: 03-08-2020 09:21 | Bölmə: İdman
“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə imzalayıb

“Sabah” klubu heyətinə yeni futbolçu qəbul edib.

Reyting.az
xəbər verir ki, “Sabah” monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə imzalayıb.

Nikola Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsidir. Karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sabah") və Camal Cəfərovu da heyətinə cəlb edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}