Dəstək ala bilməyən sədr parlamenti buraxır
Tarix: 03-09-2025 13:06 | Bölmə: Dünya
Dəstək ala bilməyən sədr parlamenti buraxır

Taylandın baş naziri vəzifəsini icra edən parlament sədri Phumtham Vexayaxai ana müxalifət partiyasının dəstəyini itirdikdən sonra parlamenti buraxıb.

Reyting.az
xəbər verir ki, bu barədə Taylandın “The Nation” qəzeti yazıb.

Məlumata görə, keçmiş baş nazir Paetonqtarn Şinavatra Kamboca Senatının sədri və keçmiş baş nazir Hun Sen ilə telefon danışığında “etik qaydaları pozduğuna” görə impiçment elan edildikdən sonra onun yerinə seçilən Phumtham dəstək ala bilməyib.

Ana müxalifətdəki Xalq Partiyası hakim partiyadan baş nazirin səlahiyyətlərini icra edən Phumthamı dəstəkləməyəcəyini açıqlayıb.

Bunun əvəzinə partiya koalisiya hökumətində ikinci ən böyük tərəfdaş olan Bhumkaithai Partiyasının lideri Anutin Çarnvirakulu baş nazir vəzifəsinə namizəd kimi dəstəkləyir.

Bu qərardan sonra baş nazir vəzifəsini icra edən Phumtham parlamentin buraxılması qərarı verdiyini və krala müvafiq fərman təqdim etdiyini bildirib. Tayland kralı Maha Vajiralonqkorn fərmanı imzalasa, parlament buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.

Növbəti hökumətin ilin sonu və ya 2026-cı ilin əvvəlində formalaşacağı gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər