"Alanyaspor"un baş məşqçisi müəyyənləşib
Tarix: 06-08-2020 10:13 | Bölmə: İdman
"Alanyaspor"un baş məşqçisi müəyyənləşib

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Haberturk"ün məlumatına görə, komanda hazırda "Beşiktaş"a rəhbərlik edən Sərgən Yalçının köməkçisi Çağdaş Atana tapşırılıb.

Alanyada klub rəhbərliyi ilə görüşən 40 yaşlı mütəxəssislə razılıq əldə olunub. Bu gün isə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Gənc mütəxəssis "Fənərbağça"nın sükanı arxasına keçən Erol Bulutu əvəzləyib.

Qeyd edək ki, Çağdaş Atan daha əvvəl "Alanyaspor"da Sərgən Yalçının köməkçisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}