17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avroliqa: "Neftçi" növbəti mərhələyə yüksəlib
Tarix: 27-08-2020 22:23 | Bölmə: İdman
Avroliqa: "Neftçi" növbəti mərhələyə yüksəlib

Bu gün "Neftçi" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki,  "Bakcell Arena"da baş tutan oyunda "Neftçi"nin 2:1 hesablı qələbə qazanıb.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.

Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}