"Neftçi"nin baş məşqçisi: "Tapşırdım ki, cinahlardan hücum etməliyik"
Tarix: 27-08-2020 22:41 | Bölmə: İdman
"Neftçi"nin baş məşqçisi: "Tapşırdım ki, cinahlardan hücum etməliyik"

"Çətin olacağını bilirdik. Avropa Liqası tam başqa turnirdir. İlk hissədə oyunumuz alınmadı. Rəqib arxada qapanırdı. İlk yarıda istədiyimizi edə bilmədik. İkinci hissədə təzyiqi artırdıq, rəqib səhvlər etdi və qələbə qazandıq. Hər bir futbolçumuza təşəkkür edirəm. Səhvlər var, bizim işimiz bunu aradan qaldırmaqdır. Bütün "Neftçi" azarkeşlərini təbrik edirəm". 

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının I turunda Şimali Makedoniya təmsilçisi "Şkupi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin əks hücumdan oynayacağını gözləyib: "Oyunçulara tapşırdım ki, cinahlardan hücum etməliyik. Əks hücumda bizi yaxalayırdılar. Sürətli əks hücuma çıxırdılar. Top itkiləri var idi. "Neftçi" topu saxlamaqla seçilib, amma bu dəfə belə deyildi. Bəzi oyunçular həyəcanlı ola bilər. Düşünürəm ki, bu zamanla aradan qalxacaq. Heyətimizə yeni oyunçular da qatılıb". 

Məmmədov Cabir Əmirliyə şans verməsinə də toxunub: "Bu, mənim qərarım idi. O demək deyil ki, Ömür Buludov zəif oyunçudur. Seçim rəqibdən asılıdır. Gələcək matçlarda ona şans verə bilərik".




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər