“Barselona” oyunçularının maddi itkiləri məlum olub
Tarix: 12-12-2020 20:54 | Bölmə: İdman
“Barselona” oyunçularının maddi itkiləri məlum olub

“Barselona” oyunçularının əmək haqqının aşağı salınmasından sonra maliyyə itkiləri açıqlanıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, futbolçular böhran zamanı komandanın rəhbərliyinə kömək etmək üçün gəlirlərini azaltmağa razı olublar. Gəlir 172 milyon avro təşkil edəcək: oyunçular 122 milyon daha az əmək haqqı, daha 50 milyon bonus şəklində ala bilməyəcəkər. Güman olunur ki, rəhbərlik bu pulu beş il ərzində oyunçulara qaytara biləcək.

Oktyabrın 31-də “Barselona” rəhbərliyinin oyunçuların gəlirlərini 190 milyon avro endirməyi və oyunçuların illik maaşlarını 30 faiz azaltmağı planlaşdırdığı bildirilirdi. Bundan əvvəl məvacibin azaldılmasından imtina edildiyi təqdirdə klubun oyunçunun razılığı olmadan maaşını azalda biləcəyi barədə məlumatlar da ortaya çıxmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}