“Çelsi” səfərdə, “Vulverhempton” doğma meydanda məğlub olub
Tarix: 13-12-2020 10:13 | Bölmə: İdman
“Çelsi” səfərdə, “Vulverhempton” doğma meydanda məğlub olub

“Çelsi” səfərdə "Everton"a, “Vulverhempton” evdə “Aston Villa”ya uduzub. Üç qolun qeydə alındığı “Nyukasl” – “Vest Bromviç” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Derbidə qapılara qol vurulmayıb.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Tottenhem" başçılıq edir. İkinci olan "Liverpul"un da xalı eynidir. "Çelsi" 22 xalla 3-cü, "Lester" 21 xalla 4-cü, "Vest Hem" 20 xalla 5-cidir. 8-ci pillədə yer alan "Mançester Yunayted"in 20, 9-cu olan "Mançester Siti"nin isə 19 xalı var.

12 dekabr

İngiltərə Premyer Liqası, 12-ci tur

"Vulverhempton" – "Aston Villa" - 0:1
Qollar: El-Qazi, 90+4-pen.

"Nyukasl" – "Vest Bromviç" - 2:1
Qollar: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.

"Mançester Yunayted" – "Mançester Siti" - 0:0

"Everton" – "Çelsi" - 1:0
Qol: Siqurdsson, 22-pen.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}