"Qarabağ" klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb
Tarix: 15-12-2020 13:21 | Bölmə: İdman
"Qarabağ" klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb

"Qarabağ" klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb.

Məlumata görə, Mahir Emreli, Kevin Medina, Emil Balayev, Qara Qarayev, İsmayıl İbrahimli, Toral Bayramov və hələ də Türkiyədə olan Abbas Hüseynovun son testlərinin cavabı mənfi olub.

Emreli artıq komanda ilə məşqlərə də başlayıb.

Şahruddin Məhəmmədəliyev, Xayme Romero və gənc oyunçu Zamiq Əliyevin testinin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 20-də "Qəbələ"nin qonağı olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}