19 yaşlı futbolçu “Beşiktaş”la müqavilə imzalayıb
Tarix: 16-12-2020 10:39 | Bölmə: İdman
19 yaşlı futbolçu “Beşiktaş”la müqavilə imzalayıb

“Beşiktaş” futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb.

Reyting.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı müdafiəçi ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.

“Beşiktaş”ın öz yetirməsi olan Rıdvan Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyə qədər “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}