21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Fənərbağça" məhkəmədə keçmiş futbolçusuna uduzub
Tarix: 16-12-2020 19:13 | Bölmə: İdman
"Fənərbağça" məhkəmədə keçmiş futbolçusuna uduzub

Türkiyənin "Fənərbağça" klubu ilə sabiq futbolçusu Maks Kruze arasında məhkəmə prosesi almaniyalı hücumçunun xeyrinə başa çatıb.

Qərara əsasən, İstanbul təmsilçisi 32 yaşlı oyunçuya 7,5 milyon avro təzminat ödəməlidir.

Superliqa klubu cari ilin sonunadək apellyasiya şikayəti vermək hüququna malikdir/Report.

Qeyd edək ki, Maks Kruze maaş probleminə görə iyun ayında müqaviləsini birtərəfli qaydada pozaraq FIFA-ya müraciət etmişdi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər