Daha bir veteran futbolçu xəstəxanaya yerləşdirilib
Tarix: 17-12-2020 12:29 | Bölmə: İdman
Daha bir veteran futbolçu xəstəxanaya yerləşdirilib

Azərbaycanın koronavirusa yoluxan veteran futbolçusu Qəhrəman Əliyev yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 61 yaşlı mütəxəssis Masallıda özəl klinikaya yerləşdirilib: "Qəhrəman Əliyevin vəziyyəti stabil-ağırdır. Demək olmaz ki, yaxşıdır. Mən Futbol Veteranları İttifaqının sədri olaraq AFFA-ya maddi dəstək üçün müraciət etmək qərarına gəldim. Bu gün həmin məktubu assosiasiyaya çatdıracağam".

Qeyd edək ki, Qəhrəman Əliyev daha əvvəl Bakıda müalicə olunurdu. O, "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}