07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tomas Bax: “Tokio-2020 baş tutsa, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək”
Tarix: 17-12-2020 14:04 | Bölmə: İdman
Tomas Bax: “Tokio-2020 baş tutsa, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək”

“Həmişə demişəm ki, Tokio Olimpiya Oyunları tarixində ən hazırlıqlı şəhərdir”.

Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları tarixə düşəcək: “Həmişə tarixi sözünü işlədəndə ehtiyatlı olmuşam. Amma bu Olimpiada tarixi olacaq”.

Yaponiya paytaxtının yarışa hazırlığını yüksək qiymətləndirən Bax asiyalıların səylərini dəyərləndirib: “Yarış baş tutsa, sübhisiz ki, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək”.

Qeyd edək ki, Olimpiya Oyunlarının təxirə salınması üzündən əlavə xərcləri 2,8 milyard dollar təşkil edəcək/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}