Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə keçiriləcək yarışa getməkdən imtina edib
Tarix: 17-12-2020 18:36 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə keçiriləcək yarışa getməkdən imtina edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.

Məlumata görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.

Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.

Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.

Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq/ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}