“Mançester Yunayted” futbolçu ilə müqaviləsini yeniləyir
Tarix: 19-12-2020 11:40 | Bölmə: İdman
“Mançester Yunayted” futbolçu ilə müqaviləsini yeniləyir

“Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləsini yeniləməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Bildirilir ki, “qırmızı şeytanlar” 23 yaşlı hücumçu ilə sözləşməni 5 il uzadacaq. Yeni müqaviləyə görə, ingiltərəli oyunçu həftəlik 300 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Reşford bu mövsüm 20 matça çıxaraq, 12 qol vurub və 5 qolun ötürməsini verib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}