Qurban Qurbanov: "Qəbələdə oynamaq hər zaman bizim üçün çətin olub"
Tarix: 20-12-2020 17:58 | Bölmə: İdman
Qurban Qurbanov: "Qəbələdə oynamaq hər zaman bizim üçün çətin olub"

"Çox danışılası bir şey yoxdur. Belə oyunlar nadir hallarda olur. Çoxlu qol epizodları qaçırdıq və sonda bir xal qazandıq. Həmişə qazandığımız xalı müsbət saymışam. Futbolçular pis oynamadı, lakin hər matçda bu qədər qol epizodu olmur".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Qəbələdə oynamaq hər zaman onlar üçün çətin olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}