"Zirə" "Sumqayıt"la heç-heçə etdi, "Səbail" "Keşlə"yə qalib gəlib
Tarix: 20-12-2020 18:20 | Bölmə: İdman
"Zirə" "Sumqayıt"la heç-heçə etdi, "Səbail" "Keşlə"yə qalib gəlib

Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçirilib.

Məlumata görə, Zirədə eyniadlı komanda ilə "Sumqayıt" arasındakı matç 2:2 hesabı ilə başa çatıb.

Qarşılaşmada ilk qol 11-ci dəqiqədə vurulub. "Gənclik şəhəri" təmsilçisinin heyətində Murad Xaçayev fərqlənib. Meydan sahibləri 56-cı dəqiqədə Ağabala Ramazanovun qolu ilə hesabı bərabərləşdirsələr də, cəmi 1 dəqiqə sonra Rəhim Sadıxov yenidən "Sumqayıt"ı önə keçirib. 62-ci dəqiqədə "qartallar" növbəti dəfə tarazlığı bərpa ediblər. Qismət Alıyev adını tabloya yazdırıb. Bu heç-heçədən sonra xallarını 20-yə çatdıran "Zirə" 2-ci pillədəki mövqeyini qoruyub. "Sumqayıt" isə 16 xalla 4-cü sırada qalıb.

Digər oyunda "Səbail" səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. Qonaqlara qələbə qazanıdran qolları 11-ci dəqiqədə Ürfan Abbasov, 6 dəqiqə sonra isə Əfran İsmayılov vurub. Bu qələbədən sonra xallarını 13-ə çatdıran "dənizçilər" 5-ci pilləyə yüksəlib. Eyni xala malik "Keşlə" isə 6-cı sıraya geriləyib.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib. Tura hazırda davam edən "Sabah" - "Neftçi" görüşü ilə yekun vurulacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}