21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Klub nümayəndələri ilə spirtli içki qəbul edən hakimə cəza verilib
Tarix: 21-12-2020 17:20 | Bölmə: İdman
Klub nümayəndələri ilə spirtli içki qəbul edən hakimə cəza verilib

Rusiya Futbol İttifaqı (RFS) hakim İqor Panini qeyri-müəyyən müddətədək işindən uzaqlaşdırıb.

"Sport-Express" xəbər verir ki, referi Premyer Liqanın XVIII turunda "Soçi" - "Spartak" matçının ardından baş verənlərə görə cəzalandırılıb.

Panin Soçidəki oyundan bir neçə saat sonra meydan sahiblərinin nümayəndələri ilə otellərin birində spirtli içki qəbul edib.

RFS hakimin davranışını qəbuledilməz hesab edib. Referinin daxili kodeksi pozduğu bildirilib. Panin isə baş verənləri inkar edir.

Dekabrın 12-də keçirilmiş qarşılaşma "Soçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, analoji hadisə 2006-cı ildə Azərbaycan futbolunda da baş verib. Keçmiş FIFA referisi Xaqani Məmmədov "Turan" - "İnter" matçından sonra Tovuz - Bakı qatarında spirtli içki qəbul etdiyi üçün cəzalandırılıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər