21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Rəqibin üzünə tüpürən futbolçu yüksək məbləğdə cərimə ödəyəcək
Tarix: 22-12-2020 00:05 | Bölmə: İdman
Rəqibin üzünə tüpürən futbolçu yüksək məbləğdə cərimə ödəyəcək

Almaniya Futbol İttifaqı “Borussiya”nın (Münhenqladbax) futbolçusu Markus Türamın cəzasını açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, qurumdan bildiriblər ki, 23 yaşlı hücumçu Bundesliqanın 13-cü turunda “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürdüyü üçün bir şərti olmaqla, 6 matçlıq cəzalandırılıb.

Cəza çempionat və ölkə kubokunun qarşılamlarına aiddir. Fransız futbolçu eyni zamanda 40 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Türam görüşün 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. O, etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib, emosional davrandığını etiraf edib.

Xatırladaq ki, "Borussiya" Türamı hərəkətə görə bir aylıq məvacibi dəyərində cərimələyib. Oyunçunun aylıq maaşı təqribən 150 min avrodur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər