21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə üzləşə bilər
Tarix: 22-12-2020 12:50 | Bölmə: İdman
Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə üzləşə bilər

2021-ci ildən yeni antidopinq qaydalar qüvvəyə minəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli keçirdiyi onlayn mətbuat konfransında açıqlama verib.

O bildirib ki, yeni qaydalara əsasən, federasiyalar üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. İdmançıların siyahısını və təlim-məşq toplanışı ilə bağlı məlumat verməlidir.

Əks halda, müəyyən sanksiyalar nəzərdə tutulub: "12 ay ərzində yerli səviyyədə 6-dan çox və ya beynəlxalq səviyyədə 3-dən çox qayda pozuntusu olarsa, federasiyaya sanksiya tətbiq ediləcək".

Ş.Hüseynli indiyədək antidopinq qaydalarının icrası baxımından federasiyalarla müəyyən problemlər yaşadıqlarını etiraf edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər