“Liverpul” Məhəmməd Salahı satmayacaq
Tarix: 22-12-2020 13:03 | Bölmə: İdman
“Liverpul” Məhəmməd Salahı satmayacaq

İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahı satmayacaq.

Məlumata görə, Premyer Liqa təmsilçisi 2021-ci ildə klubunu dəyişəcəyi iddia olunan misirli hücumçunun heyətində saxlayacaq.

Baş məşqçi Yurgen Kloppla problemi olmayan forvard da, ailəsi də Liverpulda qalmağa razıdır. Mersisaydlılar da komandanın aparıcı üzvü ilə vidalaşmağa tələsmir.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Salahın transfer qiyməti 120 milyon avro ilə dəyərləndirilir/Apasport.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}