SSRİ futbol çempionatının bərpası təklif olunur
Tarix: 25-12-2020 16:51 | Bölmə: İdman
SSRİ futbol çempionatının bərpası təklif olunur

“Niyə SSRİ futbol çempionatını bərpa etmirik?”

Reyting.az
xəbər verir ki, bunu Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov Moskva-Bişkek-İrəvan-Nur-Sultan arasında telekörpü zamanı bildirib.

Onun sözlərinə görə, bu siyasət deyil və bir növ xarici reaksiyalardan qorxmağa ehtiyac yoxdur: “Hərçənd bu ideyada ciddi biznes elementləri var”.

Belyaninov əlavə edib ki, Ermənistan, Gürcüstan və ümumiyyətlə kiçik ölkələr obyektiv olaraq futbol çempionatları üçün yüksək keyfiyyətli məzmun təmin edə bilməzlər: “Ukrayna və Baltikyanı ölkələrdən də komanda dəvət edə bilərsiniz. Axı bu, sağlam həyat tərzidir”.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub