21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Hakimi vuran futbolçuya 100 saatlıq icbari iş verilib
Tarix: 25-12-2020 17:30 | Bölmə: İdman
Hakimi vuran futbolçuya 100 saatlıq icbari iş verilib

Məhkəmə oyun zamanı baş hakim Nikita Dançenkovu döyən Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov barəsində hökm çıxarıb.

Məlumata görə, 39 yaşlı keçmiş yarımmüdafiəçiyə 100 saatlı icbari iş və 100 min rubl cərimə tətbiq edilib.

Şirokov həvəskar komandaların oyununda Dançenkova hücum çəkib və onu vurub. Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb. Daha sonra Dançenkova tibbi yardım göstərilib.

Qeyd edək ki, karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin MOİK, "Rubin", "Krasnodar" və "Spartak" (Moskva) kimi klublarında çıxış edib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər