21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İlin reytinq “itirənləri”: Messinin dəyəri 40 milyon avro düşüb, amma bu... - Foto
Tarix: 02-01-2021 16:08 | Bölmə: İdman
İlin reytinq “itirənləri”: Messinin dəyəri 40 milyon avro düşüb, amma bu...

Dünyanın əsas transfer saytı Transfermarket 2020-ci ilin nəticələrini yekunlaşdırıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər, il ərzində ən çox ucuzlaşan ilk oyunçuları müəyyənləşdiriblər. “Real” Madridin yarımmüdafiəçisi Eden Hazard bu reytinqə başçılıq edib. Onun dəyəri 60 milyon avro azalıb. Belçikalının indiki dəyəri 60 milyondur.

29 yaşlı Azar Madridə 2019-cu ilin yayında “Çelsi”dən gəlib. “Real” o zaman futbolçu üçün 100 milyon avro qiymət qoymuşdu. Ancaq Eden zədələr üzündən əsas heyətin üzvü ola bilməyib. Bu mövsüm belçikalı bütün turnirlərdə 7 oyun keçirib, iki qol vurub.

İkinci yerdə "İnter" in hücumameyilli yarımmüdafiəçisi Kristian Eriksen qərarlaşıb. “Tottenhem”dən keçdikdən sonra özünü heç vaxt İtaliya klubunda göstərə bilməyib. Futbolçunun dəyəri 55 milyon ucuzlaşıb.

“Tottenhem”in yarımmüdafiəçisi Dele Alli də əhəmiyyətli dərəcədə ucuzlaşıb - mənfi 52 milyon.

Yeri gəlmişkən, Lionel Messinin transfer dəyəri də 40 milyon avro azalıb.





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər