16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Arsenal" səfərdə qələbə qazanıb
Tarix: 03-01-2021 11:10 | Bölmə: İdman
"Arsenal" səfərdə qələbə qazanıb

İngiltərə Premyer Liqasında 17-ci tur davam edir.

Reyting.az
xəbər verir ki, son gün 4 qarşılaşma olub.

“Tottenhem” evdə “Lids”i böyük hesabla udub. “Kristal Pelas” öz meydanında “Şeffild Yunayted”dən üstün olub.

“Brayton” - “Vulverhempton” matçında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. “Arsenal” isə “Vest Bromviç”ı darmadağın edib.

2 yanvar

İngiltərə Premyer Liqası, 17-ci tur


“Tottenhem” – “Lids” – 3:0

Qollar: Keyn, 29 (pen.), Son, 43, Alderveyreld, 50.

“Kristal Pelas” – “Şeffild Yunayted” – 2:0

Qol: Şlup, 4, Eze, 45+6.

“Brayton” – “Vulverhempton” – 3:3

Qollar:Konnoli, 13, Maupay, 46, Dank, 70 – Says, 19, Bum, 34 (avtoqol), Neves, 44 (pen.).

“Vest Bromviç” – “Arsenal” – 0:4
Qollar:Terni, 23, Saka, 28, Lakazet, 60, 64.

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Liverpul" başçılıq edir. 2-ci pillənin sahibi "Mançester Yunayted"in də xalları eynidir. "Tottenhem", "Lester" və "Everton" 29 xalla müvafiq olaraq 3, 4 və 5-ci yerləri bölüşürlər. "Arsenal" 23 xalla 11-cidir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}