İtaliyada peyvənd vurulan azarkeşlər meydançalara buraxılacaq?
Tarix: 03-01-2021 15:54 | Bölmə: İdman
İtaliyada peyvənd vurulan azarkeşlər meydançalara buraxılacaq?

İtaliya Seriya A-nın prezidenti Paolo Dal Pino hökumətdən COVID-19-a qarşı peyvənd vurulan azarkeşlərin meydançalara buraxılmasına icazə verilməsini xahiş edib.

Reyting.az
xəbər verir ki, indiyədək ölkə çempionatının oyunları pandemiyaya görə boş tribunalarsız keçirilir.

“Düşünürəm ki, peyvənd olunmuş vətəndaşları meydançalara buraxmaq imkanımız olmalıdır. Hökumətə azarkeşləri tribunalara geri qaytarmağın təhlükəsiz yollarını, o cümlədən doluluq nisbətini 20-30 faizə endirməklə izah edən 300 səhifəlik bir plan təqdim etdik. Ancaq heç bir cavab ala bilmədik. Ümid edirəm ki, ən azı peyvənd olunanları içəri buraxacaqlar”, - Dal Pino vurğulayıb.

Qeyd edək ki, İngiltərədə azarkeşlər artıq dekabr ayından tribunalara qayıdıblar. Düzdür, İngiltərə risk dərəcəsinə görə bölgələrə bölünüb və meydançalardakı insanların sayı da bundan asılıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}