21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İslam Həmrəyliyi Oyunlarında idman növlərinin siyahısı dəqiqləşib
Tarix: 04-01-2021 11:34 | Bölmə: İdman
İslam Həmrəyliyi Oyunlarında idman növlərinin siyahısı dəqiqləşib

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında idman növlərinin tam siyahısı dəqiqləşib.

Reyting.az
Apasport-a istinadla xəbər verir ki, 2021-ci il sentyabrın 10-dan 19-dək keçiriləcək multi-idman yarışında 20 növ üzrə qaliblər müəyyənləşəcək.

56 ölkədən 3 minə yaxın idmançının qatılacağı Konya-2021-in proqramına atletika, badminton, basketbol 3x3, velosiped idmanı (trek və şose), gimnastika (aerobika və idman), futbol, güləş (sərbəst və yunan-Roma), ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, taekvondo, voleybol, üzgüçülük, qılıncoynatma, oxatma, ənənəvi oxatma və bocce daxildir.

Qeyd edək ki, bundan əvvəlki İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçirilib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər