“Çelsi” baş məşqçi axtarışına başlayıb
Tarix: 04-01-2021 14:09 | Bölmə: İdman
“Çelsi” baş məşqçi axtarışına başlayıb

Londonun “Çelsi” klubu “Mançester Siti”yə məğlubiyyətdən sonra baş məşqçi Frenk Lempardı əvəz etmək üçün namizəd axtarışına başlayıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, komandanın geriləməsi davam edərsə, Lempard istefaya göndəriləcək. Bununla belə, gənc mütəxəssis 2020/2021-ci il mövsümünün sonuna qədər postunda qala da bilər. Bu, “Çelsi”nin nəticələri yaxşılaşdırmasından asılı olacaq.

London klubu son 6 oyunun yalnız birində qələbə qazana bilib.

Yanvarın 3-də Londondakı “Stemford Bric” stadionunda “Çelsi” ilə “Mançester Siti” arasında 17-ci turun oyunu keçirilib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xosep Qvardiolanın yetirmələri 15 oyunda 29 xal toplayıb və turnir cədvəlində 5-ci sıraya yüksəlib. “Çelsi” 26 xalla 8-cı yerdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}