14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ferqyuson: "VAR sistemi lənətə gəlmiş faciədir"
Tarix: 05-01-2021 12:50 | Bölmə: İdman
Ferqyuson: "VAR sistemi lənətə gəlmiş faciədir"

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson VAR sistemini tənqid edib.

Şotlandiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlamasında bunun əsl faciə olduğunu bildirib.

Ferqyusonun sözlərinə görə, sistemdən düzgün istifadə olunmur: "Bu, lənətə gəlmiş faciədir. Bir həftə öncə "Lids Yunayted"lə "Börnli"nin oyununa baxırdım. Meydan sahiblərinin qapıçısı rəqib futbolçuya qarşı qaydanı pozsa da, qonaqların qolu ləğv olundu. İnanılmazdır"!

Qeyd edək ki, daha əvvəl İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp VAR-dan narazılıq edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}