Portuqaliya-Azərbaycan komandalarının qarşılaşacağı yer məlum olub
Tarix: 06-01-2021 22:34 | Bölmə: İdman
Portuqaliya-Azərbaycan komandalarının qarşılaşacağı yer məlum olub

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun yeri məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında deyib. O, görüşün paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus "Joze Alvalade" arenasında olacağını bildirib:

"Bu xəbəri elan etməkdən məmnunluq duyuram. Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik".

Qeyd edək ki, martın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}