Ruslan Abışov: "Ölkəyə gətirilən legionerlər yerlilərdən qat-qat zəifdir"
Tarix: 07-01-2021 16:25 | Bölmə: İdman
Ruslan Abışov: "Ölkəyə gətirilən legionerlər yerlilərdən qat-qat zəifdir"

"Sabah" klubunun kapitanı Ruslan Abışov azərbaycanlı futbolçuların ölkə xaricində çıxış edə bilməməsinin səbəbini açıqlayıb.

34 yaşlı müdafiəçi bildirib ki, bu işdə futbol agentlərinin də günahı var.

Təcrübəli oyunçunun sözlərinə görə, onlar istedadlı gəncləri əcnəbi klublara təklif edə bilmirlər: "Halbuki ölkəyə gətirilən legionerlər yerlilərdən qat-qat zəifdir. Problemi menecerlərdə görürəm. Ölkəmizdə Tural Bayramlı, Turan Manafov, Toral Bayramov kimi gənclər var. Onlara dəstək olsalar, Avropada rahat çıxış edə bilərlər. Bu futbolçulara güvənmək və vaxt vermək lazımdır"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}