"Real Madrid"in hücumçusu məhkəmə qarşısına çıxacaq
Tarix: 07-01-2021 18:19 | Bölmə: İdman
"Real Madrid"in hücumçusu məhkəmə qarşısına çıxacaq

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.

"Le Parisien" nəşri xəbər verir ki, 34 yaşlı forvard Yunanıstan "Olimpiakos"unda çıxış edən Matyö Valbuenanı şantaj etməkdə ittiham olunur.

İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəməyə təhrik edib.

Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}