Devid Bekhem baş məşqçini istefaya göndərib
Tarix: 07-01-2021 19:00 | Bölmə: İdman
Devid Bekhem baş məşqçini istefaya göndərib

ABŞ-ın "İnter Mayami" komandasının baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Məlumata görə, uruqvaylı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı Alonso klubun yarandığı 2019-cu ildən ona başçılıq edirdi. Komanda 2020 mövsümündə çıxış etdiyi Şərq konfransını 7 qələbə, 3 heç-heçə və 13 məğlubiyyətlə 10-cu pillədə başa vurub.

Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemdir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}