"Neftçi"nin sabiq futbolçusu başqa kluba keçib
Tarix: 08-01-2021 12:13 | Bölmə: İdman
"Neftçi"nin sabiq futbolçusu başqa kluba keçib

"Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.

Reyting.az
xəbər verir ki, 30 yaşlı braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək.

O, "Ho Şi Min"lə 1 illik müqavilə imzalayıb. Bu barədə yüksək liqa klubunun mətbuat xidməti məlumat yayıb. Bir neçə gündür klubun təmsil etdiyi eyniadlı şəhərdə təcrid olunan futbolçunun bu gündən komandaya qoşulacağı bildirilib.

Qeyd edək ki, Dario keçən yay "Neftçi"dən Latviyanın "Riqa" klubuna keçmişdi. O, 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib. Frederiko Azərbaycanda ilk olaraq "Kəpəz"in şərəfini qoruyub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}