07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Futbol klubunda 14 nəfər virusa yoluxub
Tarix: 08-01-2021 17:45 | Bölmə: İdman
Futbol klubunda 14 nəfər virusa yoluxub

İngiltərənin “Aston Villa” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Məlumata görə, Premyer Liqa təmsilçisi 14 nəfərin virusa yoluxduğunu bəyan edib.

Yoluxanlardan 10 nəfərin futbolçu olduğu bildirilib. Bu səbəbdən baza bağlatdırılıb, komanda karantinə alınıb. “Aston Villa” İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Aston Villa” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq/ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}