14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Liverpul” daha bir qarşılaşmanın qalibi olub
Tarix: 09-01-2021 10:42 | Bölmə: İdman
“Liverpul” daha bir qarşılaşmanın qalibi olub

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, görüş “mersisaydlılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 4-cü dəqiqədə “qırmızılar”ın futbolçusu Sadio Mane açıb. Lui Barri 41-ci dəqiqədə bərabərlik qolunu vurub. Jorjinyo Vaynaldum 60-cı dəqiqədə “Liverpul”u yenidən hesabda önə çıxarıb. Mane 63-cü dəqiqədə fərqi bir qədər də artırıb və dublunu rəsmiləşdirib. Məhəmməd Salah isə 65-ci dəqiqədə fərqlənməklə görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, “Liverpul” böyük hesablı qələbə qazanaraq, İngiltərə kubokunun 1/16 final mərhələsinə vəsiqəni təmin edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}