“Səbail” daha bir futbolçu ilə müqaviləyə xitam verib
Tarix: 09-01-2021 22:36 | Bölmə: İdman
“Səbail” daha bir futbolçu ilə müqaviləyə xitam verib

“Səbail” futbolçu Elgün Nəbiyevlə yollarını ayırıb.

Klubun mətbuat xidməti bildirib ki, E. Nəbiyevin Bakı təmsilçisi ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

E. Nəbiyevə “Səbail” klubunun kollektivi adından təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, klub 24 yaşlı yarıımüdafiəçini ötən ilin avqust ayında transfer etmişdi.

Xatırladaq ki, “Səbail” Elgün Nəbiyevdən öncə Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də vidalaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}