"Sumqayıt" komandası transfer üçün razılıq əldə edib
Tarix: 11-01-2021 10:25 | Bölmə: İdman
"Sumqayıt" komandası transfer üçün razılıq əldə edib

"Sumqayıt" qış fasiləsində növbəti transferə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə "Persianfootball" nəşri məlumat yayıb. Bildirilir ki, “kimyaçılar” iranlı futbolçu Höccət Haqverdi ilə razılıq əldə edib.

İranın "Paykan" klubu ilə yollarını ayıran 28 yaşlı mərkəz müdafiəçisi ilə tezliklə müqavilə imzlanacağı bildirilib.

Qeyd edək ki, “Sumqayıt”da İrandan olan Adəm Hətami və milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan Əli Qurbani də çıxış edir.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində "Neftçi"dən Cabir Əmirlini də icarəyə götürüb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}