14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Millimizin məşqçisi İngiltərədə işləmək istəyir
Tarix: 11-01-2021 17:51 | Bölmə: İdman
Millimizin məşqçisi İngiltərədə işləmək istəyir

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Benito Karbone karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.

Məlumata görə, baş məşqçi Canni De Byazinin köməkçisi olan 50 yaşlı mütəxəssis "Thetelegraphandargus" nəşrinə müsahibəsində xəyalının İngiltərədə işləmək olduğunu söyləyib.

İtaliyalı məşqçi sabiq klubu "Bredford"a qayıtmaq ehtimalının olduğunu da bildirib: "Bəlkə də, bir gün ola bilər. "Bredford" mənim üçün xüsusi klubdur. Xəyalım İngiltərəyə məşqçi kimi qayıtmaqdır".

Qeyd edək ki, AFFA Canni De Byazi və köməkçiləri ilə 1.5 illik müqavilə imzalayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}