Olimpiya çempionu Kapitoliyə hücumda ittiham olunur
Tarix: 14-01-2021 13:57 | Bölmə: İdman
Olimpiya çempionu Kapitoliyə hücumda ittiham olunur

ABŞ səlahiyyətliləri üzgüçülük üzrə ikiqat olimpiya çempionu Klit Kelleri yanvarın 6-da Kapitoliyə hücum etməkdə ittiham edib.

"New York Times" xəbər verir ki, 39 yaşlı sabiq idmançı üç maddə üzrə ittiham olunur.

Toqquşmaları yayımlayan kameralar Kellerə bənzəyən şəxsi göstərib. O, hazırda hüquq-mühafizə orqanlarına maneçilik törətməkdə, qanuni əsaslar olmadan məhdud giriş imkanı olan hər hansı binaya qəsdən daxil olmaqda və Kapitoli ərazisindəki ictimai asayişi pozmaqla günahlandırılır.

Qeyd edək ki, Klit Keller 2000, 2004 və 2008-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. O, sərbəst üsulla 4x200 m məsafəyə estafet yarışlarında iki qızıl medal qazanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}