14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Türkiyə kuboku: “Fənərbaxça” “Kasımpaşa”nı, “Alanyaspor” “Ərzurum BB"ni məğlub edib
Tarix: 15-01-2021 00:10 | Bölmə: İdman
Türkiyə kuboku: “Fənərbaxça” “Kasımpaşa”nı, “Alanyaspor” “Ərzurum BB"ni məğlub edib

Türkiyə kubokunda 1/8 final mərhələsi başa çatıb.

Son oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıb. “Ərzurum BB” ilə ev görüşündə erkən qol buraxan “Alanyaspor” əzmkarlıqla böyükhesablı qələbəyə nail olub.

“Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri yalnız ikinci hissədə rəqibin müqavimətini qırıb.

“Alanyaspor” və “Fənərbaxça” daha öncə tur adlayan “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər”, “Beşiktaş”ın ardından 1/4 finala yüksəlib. 1/4 və 1/2 final mərhələlərinin püşkatması sabah – yanvarın 15-də baş tutacaq.

Qeyd edək ki, 1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də keçiriləcək.

14 yanvar

“Alanyaspor” – “Ərzurum BB” – 4:1

Babakar, 14, 57, Kaulker, 24, Davidson, 77, Karakullukçu, 8

“Fənərbaxça” – “Kasımpaşa” – 1:0
Samatta, 51

ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}