16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Atletik" finalda "Barselona"ya qarşı oynayacaq
Tarix: 15-01-2021 10:18 | Bölmə: İdman
"Atletik" finalda "Barselona"ya qarşı oynayacaq

İspaniya kubokunda ikinci finalçının da adı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu gün keçirilən yarımfinal görüşündə "Real" "Atletik"lə qarşılaşıb.

Oyunda hesabı 18-ci dəqiqədə "Atletik"in futbolçusu Raul Qarsiya açıb. O, 38-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. "Real"ın oyunçularından Kərim Benzema 73-cü dəqiqədə fərqlənərək, hesab arasındakı fərqi azaldıb. Lakin "kral klubu" bundan artığını bacarmayıb.

Beləliklə, Madrid təmsilçisi rəqibinə 1:2 hesabı ilə məğlub olaraq, həlledici mərhələdə iştirak etmək hüququndan məhrum olub.

"Atletik" isə finalda "Barselona" ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 18-də keçiriləcək "Barselona" - "Atletik" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}