Fernando Torres "Atletiko"da baş məşqçi olub
Tarix: 17-01-2021 14:51 | Bölmə: İdman
Fernando Torres "Atletiko"da baş məşqçi olub

İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Fernando Torres Madrid klubuna qayıdıb.

"Marca" nəşri xəbər verir ki, veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub.

Keçmiş forvard UEFA-nın PRO lisenziyasını almaq üçün 6 aylıq məcburi təcrübə müddəti keçir. 37 yaşlı mütəxəssis bunadək "Atletiko"nun akademiyasında məşqçi kimi çalışırdı.

Qeyd edək ki, Fernando Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Atletiko"dan başqa İtaliyada "Milan", İngiltərədə "Çelsi" və "Liverpul" komandalarının formasını geyinib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}