21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanlı dünya və olimpiya çempionu dopinqə görə cəzalandırılıb
Tarix: 19-01-2021 11:53 | Bölmə: İdman
Azərbaycanlı dünya və olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinir.

Məlumata görə, belə bir ittihamı Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) irəli sürüb. 28 yaşlı idmançı araşdırma müddətində yarışlardan kənarlaşdırılıb.

Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər