Ronaldo "Real"ın prezidenti ilə görüşüb
Tarix: 20-01-2021 12:31 | Bölmə: İdman
Ronaldo "Real"ın prezidenti ilə görüşüb

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Bildirilir ki, görüş Turində, "Yuventus"un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo "Yuventus"a 2018-ci ildə məhz "Real"dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırki müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}