16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bayden niyə möhtəşəm bir futbolçu olmadı? - Video
Tarix: 20-01-2021 16:53 | Bölmə: İdman
Bayden niyə möhtəşəm bir futbolçu olmadı?

Bayden bu gün rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, seçkilərdəki qələbəsini idman dünyası coşğu ilə qarşılayıb, çünki C. Bayden vaxtilə həm də yaxşı bir futbolçu idi.

Uşaqlıqdan Bayden bir az kəkələyir və bu, məktəbdə böyük bir problem halına gəlmişdi. Sinif yoldaşları onu daim lağa qoyurdular. Həmyaşıdları arasında nüfuz qazanmaq üçün oğlan Amerika futbolu ilə məşğul olmağa başlayır. Təmtəraqlı olmağa ehtiyac yox idi. Əsas şey güc, çeviklik, ağıllı olmaq idi.

"Söhbətlərdə kifayət qədər inamım yox idi, amma futbol meydançasında həmişə özümə güvənirdim", - gələcək siyasətçi xatırladırdı.

C. Bayden heç vaxt futbolda üstün olmayan xüsusi bir məktəb olan “Arçmer Akademiyası”nda parlayıb. Baydenin gəlişi ilə hər şeyi dəyişib. Məktəb konfrans çempionatını qazanıb və C. Bayden komandanın lideri olub.

1960-cı il sentyabrın 21-də Uilminqtondaki əsas qəzet “Arçmer Akademiyası”nın futbol müvəffəqiyyəti haqqında bir reportaj yayımlayıb. Burada müxbir Co Baydeni komandanın ən yaxşısı olaraq təqdim edib.

Bayden futbol karyerasını Delaver Universitetində davam etdirib. Birinci kursda “Mavi cücələr” komandasında çıxış edib. Ancaq tezliklə futboldan ayrılmaq məcburiyyətində qalıb, valideynləri buna israr ediblər. Çünki idman onun dərslərini yaxşı oxumasına mənfi təsir edib.

C. Byden iki il sonra Amerika futboluna qayıtmağı planlaşdırırıb. Ancaq Sirakuzaxda yaşayan Nelia Hanterlə tanış olub. Aralarında təxminən 400 kilometr məsafə var idi və Co seçməli idi: ya həftə sonu futbol oynayır, ya da Nelia ilə vaxt keçirir. Bayden sonradan arvadı olan bir qız seçmişdi.


Birinci şəkildə 30 nömrəli Baydendir





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}