"Mançester Yunayted" yenidən 1-ci pilləyə yüksəlib
Tarix: 21-01-2021 08:54 | Bölmə: İdman
"Mançester Yunayted" yenidən 1-ci pilləyə yüksəlib

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Reyting.az
xəbər verir ki, "qırmızı şeytanlar" 18-ci turda səfərdə "Fulhem"lə qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fulhem" - "Mançester Yunayted" - 1:2

Qollar: Lookman, 5 - Kavani, 21, Poqba, 65.

Bu qələbə ilə xalını 40-a yüksəldən Ole Qunnar Sulşerin komandası turnir cədvəlində yenidən 1-ci pilləyə qalxıb. "Mançester Siti" 38 xalla 2-ci, "Lester" eyni xalla 3-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}